Yanvarın 17-də İsveçrənin Lozanna şəhərində Milli Olimpiya Komitəsinin (MOK) vitse-
prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları
Komissiyasının iclası keçiriləcək.
MOK-un mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Milli Olimpiya Komitələrinin Assosiyasiyasının (ANOK) baş qərargahında keçiriləcək toplantıda Avropa idman modeli, Tokio 2020 Yay Olimpiya Oyunlarına hazırlıqlar, Avropa Olimpiya Komitəsinin Şamorin iclası, Olimpiya Xartiyasının 40-cı və 50-ci maddələri müzakirə olunacaq məsələlər
siyahısındadır.
Qeyd edək ki, bu komissiyaya Belarusiya, İspaniya, İtaliya, Almaniya, Yunanıstan, Kosova,
Polşa, Rusiya, Malta, Norveç, San Marino, Moldova və Böyük Britaniya kimi ölkələrdən nümayəndələr daxildir.