1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İslamiadada bir günə 22 medal, Azərbaycan Türkiyəyə qalib gəldi - YENİLƏNDİ
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının VI yarış günündə 12 idman növü üzrə mübarizə gedib.
Sportnet.az-ın məlumatına görə, futbol, həndbol, voleybol, tennis və bədii gimnastikadan sonra cüdo/paracüdo, karate, atıcılıq, üzgüçülük, ağırlıqqaldırma, idman gimnastikası və su polosu üzrə yarışlara start verilib. Onlardan yarısında - bədii gimnastika, cüdo/paracüdo, karate, atıcılıq, üzgüçülük və ağırlıqqaldırmada medallar sahiblərini tapmağa başlayıb.
Günün ilk diqqətçəkən xəbəri həndbolçu qadınlardan ibarət Azərbaycan yığmasının Özbəkistanı yenərək, finala yüksəlməsi olub. Həlledici görüşdə rəqib Türkiyə olacaq.
Voleybolda II turun oyunları keçirilib. Azərbaycanın kişilərdən ibarət komandası Türkiyəni "qızıl set"də, qadın millisi isə Tacikstanı çətinlik çəkmədən yenib.
Əvəzində su polosu və tennisdə məğlubiyyətlər sıralanıb. Azərbaycan su polosu yığması İrana, kişi tennisçilər Qətərə, qadın tennisçilər Türkmənistana uduzublar.
İlk medalı atıcılıq növündə Ruslan Lunyov qazanıb. O, 25 m məsafəyə tapançadan mərkəzə atəş yarışında qızıl medala sahib olub. Səngər stendində isə Şəfəq Əmrahova gümüş medala sahib olub.
Azərbaycanın 6 karateçisindən 5-i medal qazanıb. Bayraqdar Rafael Ağayev (75 kq), Fəridə Abiyeva (61 kq) qızıl, İlahə Qasımova (55 kq) gümüş, Firdovsi Fərzəliyev (60 kq) və Nuranə Əliyeva (50 kq) bürünc medala sahib olub. Yalnız Niyazi Əliyev (67 kq) 1/4 finalda uduzaraq, medalsız qalıb.
Cüdoçuların mübarizəsində 10 mümkün medaldan 9-u əldə olunub. Kişilərdən Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov (73 kq) və Bazarraqça Erdenebat (48 kq) qızıl, Rüstəm Orucov (73 kq), Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova (57 kq) və Xanım Hüseynova (63 kq) gümüş medal qazanıblar. Yalnız İçinxorlo Munxtsedev (57 kq) bürünc medal görüşündə uduzaraq, 5-ci yerlə kifayətlənib.
Bundan başqa 4 qadın paracüdoçudan Sultanova (57 kq) və Ramilə Kaştayeva (70 kq) qızıl, Sevda Vəliyeva (57 kq) və Turanə Ağayeva (70 kq) gümüş medal qazanıblar.
Ağırlıqqaldırma növündə Azərbaycanın 1 kişi və 3 qadın idmançısı "körpücük" üzərinə çıxıb. Onlardan 53 kq çəkidə yer alan Səbinə Əzimova bürünc medal qazanıb.
Bədii gimnastika növündə gürz və lentlə hərəkətlər yekunlaşdıqdan sonra Piriyeva və Durunda finala yüksəlib. Komanda çoxnövçülüyündə isə Azərbaycan 128,200 xalla qızıl medala sahib olub.
İdman gimnastikasında kişi və qadınlar müxtəlif hərəkətlər üzrə təsnifat mərhələsinə başlayıblar. Kişilərdən sərbəst hərəkətlərdə Murad Ağarzayev və Timur Bayramov, paralel qollarda Timur Bayramov və Bense Talas, halqalarda Bense Talas və Murad Ağarzayev finala yüksəlib. Qadınların mübarizəsində Marina Nekrasova və Yuliya İnşina dayaqla tullanmada, Yuliya İnşina və Yekaterina Tişkova müxtəlif hündürlüklü qollarda hərəkətlərdə finala yüksəliblər.
Boksda Məsud Yusifzadə (52 kq), Kamran Şahsuvarlı (75 kq) və Rauf Rəhimov (81 kq) 1/8 final görüşlərini qələbə ilə başa vuraraq, növbəti mərhələyə yüksəliblər.
Üzgüçülük növündə Azərbaycan ötən gün yalnız kişilərin yarışında təmsil olunub. Onlardan 200 m məsafəyə arxa üstə üzgüçülükdə Boris Kirillov, eləcə də 4 ✕ 100m məsafəyə sərbəst estafetdə Azərbaycan komandası finala qatılıb. Lakin onların heç biri medal qazana bilməyib.
Ümumilikdə, Azərbaycan idmançıları ötən günü 10 qızıl, 9 gümüş və 3 bürünc medalla başa vurublar.
13 may (şənbə)
Bədii gimnastika (18:30 – 20:45)
Qadınlar (Təsnifat mərhələsi)
Gürzlər: Jalə Piriyeva 16,050 xalla 2-ci, Marina Durunda 15,600 xalla 3-cü, Zöhrə Ağamirova 15,350 xalla 5-ci yeri tutub. Piriyeva və Durunda finala yüksəlib.
Lent (təsnifat mərhələsi): Jalə Piriyeva 16,100 xalla 1-ci, Marina Durunda 15,200 xalla 3-cü, Zöhrə Ağamirova 15,150 xalla 4-cü yeri tutub. Piriyeva və Durunda finala yüksəlib.
Komanda: 1. Azərbaycan - 128,200 xal, Özbəkistan - 123,850 xal, Türkiyə - 101,650 xal.
Milli Gimnastika Arenası
İdman gimnastikası (09:00 – 13:00)
Təsnifat mərhələsi
Kişilər
Sərbəst hərəkətlər: Murad Ağarzayev 14,500 xalla 1-ci, Timur Bayramov 12,400 xalla 10-cu, Bense Talas 11,650 xalla 13-cü yeri tutub. Ağarzayev və Bayramov ilk "11-liy"ə düşdükləri üçün finala yüksəliblər.
Paralel qollar: Timur Bayramov 13,300 xalla 3-cü, Bense Talas 12,850 xalla 5-ci, Murad Ağarzayev 12,600 xalla 6-cı yeri tutub. 2 ən yaxşı nəticəni göstərən Bayramov və Talas finala yüksəliblər.
Halqalar: Bense Talas 14,700 xalla 2-ci, Murad Ağarzayev 13,100 xalla 4-cü, Timur Bayramov 12,850 xalla 7-ci yeri tutub. Talas və Ağarzayev daha yaxşı nəticələr göstərdikləri üçün finala adlayıblar.
Qadınlar
Dayaqla tullanma: Marina Nekrasova 13,800 xalla 2-ci, Yuliya İnşina 13,000 xalla 3-cü yeri tutaraq, finala yüksəliblər.
Müxtəlif hündürlüklü qollar: Yuliya İnşina 12,250 xalla 1-ci, Yekaterina Tişkova 11,600 xalla 3-cü, Marina Nekrasova 10,500 xalla 5-ci yeri tutub. İnşina və Tişkova finala yüksəlib.
Milli Gimnastika Arenası
Paracüdo (10:00 - 20:45)
Qadınlar
57 kq
1/4 final. Sevda Vəliyeva - Sevinc Salayeva (Özbəkistan)
1/2 final. Sevda Vəliyeva - Şeren Abdellaui (Əlcəzair)
1/2 final. Afaq Sultanova - Zeynep Çelik (Türkiyə)
FİNAL. Sevda Vəliyeva - Afaq Sultanova
70 kq
1/2 final
Turanə Ağayeva - Aytən Özyürük (Türkiyə) - 39 saniyəyə ippon
Ramilə Kaştayeva - Gülruh Rəhimova (Özbəkistan) - 5 saniyəyə ippon
FİNAL
Turanə Ağayeva - Ramilə Kaştayeva
Cüdo
Kişilər
60 kq
1/4 final. Orxan Səfərov - Əli Xusrof (Yəmən) - 48 saniyəyə ippon
1/2 final. Orxan Səfərov - Otar Bestayev (Qırğızıstan)
FİNAL. Orxan Səfərov - Bekir Özlü (Türkiyə) - ipponla qələbə
66 kq
1/4 final. Nicat Şıxəlizadə - Eysa Majraşi (Səudiyyə Ərəbistanı) - qızıl xalla qələbə
1/2 final. Nicat Şıxəlizadə - Alireza Xojasti (İran) - 3 dəqiqə 24 saniyəyə ippon
FİNAL. Nicat Şıxəlizadə - Houd Zurdani (Əlcəzair) - 45 saniyəyə ippon
73 kq
1/8 final. Rüstəm Orucov - Behruzi Xojazoda (Tacikistan) - 2 dəqiqə 45 saniyəyə ippon
1/4 final. Rüstəm Orucov - Yunis Odat Eyal Slman (İordaniya) - 1 dəqiqə 54 saniyəyə ippon
1/2 final. Rüstəm Orucov - Hasan Vanlıoğlu (Türkiyə)
1/8 final. Hidayət Heydərov - Frederik Adebayo Olimpio (Toqo) - 68 saniyəyə ippon
1/4 final. Hidayət Heydərov - Bekadil Şaymerdenov (Qazaxıstan) - qızıl xalla qələbə
1/2 final. Hidayət Heydərov - Qiyosjon Boboyev (Özbəkistan) - 55 saniyəyə ippon
FİNAL. Hidayət Heydərov - Rüstəm Orucov - ipponla qələbə
Qadınlar
48 kq
Yarımfinal. Aişə Qurbanlı - Ayah Kitaneh (İordaniya) - 44 saniyəyə ipponla qələbə
1/4 final. Bazarraqça Erdenebat - Saltanat Sultanbekova (Qazaxıstan) - 3 dəqiqə 14 saniyəyə ippon
1/2 final. Bazarraqça Erdenebat - Vəfa İdrissi Şorfi (Mərakeş) - 3 dəqiqə 38 saniyəyə ippon
FİNAL. Aişə Qurbanlı - Bazarraqça Erdenebat - 0:1
52 kq
1/4 final. Nəzakət Əzizova - Ester Korin Evala Bondim (Qabon) - 49 saniyəyə ippon
1/2 final. Nəzakət Əzizova - Diyora Keldiyorova (Özbəkistan) - qızıl xalla qələbə
Final. Nəzakət Əzizova - İrem Korkmaz (Türkiyə)
57 kq
1/8 final. İçinxorlo Munxtsedev - Hadil Elalmi (İordaniya)
1/4 final. İçinxorlo Munxtsedev - Ratiba Tariket (Əlcəzair) - 53 saniyəyə məğlubiyyət
Təsəlliverici görüş. İçinxorlo Munxtsedev - Amangül Allanazarova (Özbəkistan) - 2 dəqiqə 23 saniyəyə ippon
Bürünc medal görüşü. İçinxorlo Munxtsedev - Zuleyxa Abzetta Dabon (Kot dİvuar) - 43 saniyəyə ippon
1/8 final. Kifayət Qasımova - Yusra Əlbuhayri (Mərakeş) - 1 dəqiqəyə ipponla qələbə
1/4 final. Kifayət Qasımova - Kseniya Beldyagina (Qırğızıstan) - 2 dəqiqə 34 saniyəyə ippon
1/2 final. Kifayət Qasımova - Zuleyxa Abzetta Dabon (Kot dİvuar) - qələbə
FİNAL. Kifayət Qasımova - Ratiba Tariket (Əlcəzair)
63 kq
1/4 final. Xanım Hüseynova - Ayna Jumakuliyeva (Türkmənistan) - 1 dəqiqə 29 saniyəyə ippon
1/2 final. Xanım Hüseynova - Meryem Byaui (Tunis) - qələbə
FİNAL. Xanım Hüseynova - Büsra Katipoğlu (Türkiyə)
Heydər Əliyev adına Arena
Karate (10:00 – 21:00)
Kumite
Qadınlar
50 kq
1/4 final. Nuranə Əliyeva - Rozan Alda Ajeh (İordaniya) - 0:0
1/2 final. Nuranə Əliyeva - Nasrin Dusti (İran) - 0:1
Bürünc medal görüşü. Nuranə Əliyeva - Srunita Sukatendel (İndoneziya) - 2:1
55 kq
1/8 final. İlahə Qasımova - Saja Abbasi (Fələstin) - 8:1
1/4 final. İlahə Qasımova - Cok İstri Aqunq Sanistryani (İndoneziya) - 7:0
1/2 final. İlahə Qasımova - Məcidə Əlbəşəyrə (İordaniya) - 3:0
FİNAL. İlahə Qasımova - Yassmin Attia (Misir) - 0:0 (hakimlərin qərarı ilə)
61 kq
1/8 final. Fəridə Abiyeva - Viktorin Koro (Çad) - 8:0
1/4 final. Fəridə Abiyeva - Ahya Aureli Estelle Kuassi (Kot dİvuar) - 2:0
1/2 final. Fəridə Abiyeva - Barno Mirzəyeva (Özbəkistan) - 3:2
FİNAL. Fəridə Abiyeva - Rozita Alipurkeşkaal (İran) - 3:0
Kişilər
60 kq
1/8 final. Firdovsi Fərzəliyev - Muhammad Fidali Sanif (Bruney) - 6:0
1/4 final. Firdovsi Fərzəliyev - Sentil Kumaran Silvaraju (Malayziya) - 0:0
1/2 final. Firdovsi Fərzəliyev - Aykut Kaya (Türkiyə) - 0:1
Bürünc medal görüşü. Firdovsi Fərzəliyev - Suryadi Suryadi (İndoneziya) - 6:0
66 kq
1/8 final. Niyazi Əliyev - Nasir Ahmed (Pakistan) - 4:0
1/4 final. Niyazi Əliyev - Əli Əlsavi (Misir) - 0:2
75 kq
1/8 final. Rafael Ağayev - Erman Eltemur (Türkiyə) - 3:0
1/4 final. Rafael Ağayev - Sultan əl-Zəhrani (Səudiyyə Ərəbistanı) - 7:2
1/2 final. Rafael Ağayev - Şarmendran Raqonatan (Malayziya) - 5:0
FİNAL. Rafael Ağayev - Sədi Qulam Abbas (Pakistan) - 4:0
Bakı İdman Zalı
Atıcılıq
Kişilər
09:00. 10 m məsafəyə pnevmatik tüfəngi ilə atəş (təsnifat və final mərhələsi, medal mərasimi) - Əli Məcidli təsnifat mərhələsində 17-ci yer tutduğu üçün finala yüksələ bilməyib.
09:00. 25 m məsafəyə tapançadan mərkəzə atəş (təsnifat mərhələsi və medal mərasimi) - Ruslan Lunyov qızıl medal qazanıb.
Qadınlar
09:30. Səngər stendi (təsnifat və final mərhələsi, medal mərasimi) - Şəfəq Əmrahova gümüş medal qazanıb, Aydan Camalova 6-cı yeri tutub.
10:30. 25 m məsafəyə tapança ilə atəş (təsnifat mərhələsi) - İradə Aşumova, Nigar Nəsirova, Zərifə Qasımova
11:30. 10 m məsafəyə pnevmatik tüfəngi ilə atəş (təsnifat və final mərhələsi, medal mərasimi) - Təsnifat mərhələsində Jalə Bayramova 10-cu, Xəyalə Hüseynli 11-ci, Nəzrin Salamzadə 21-ci yeri tutub. Hər 3 atıcı finala yüksələ bilməyib.
Atıcılıq Mərkəzi
Üzgüçülük (10:00 – 19:30)
Kişilər
10:00. 50 m brass. Seçmə mərhələ - Vəli İsrafilov 32,48 saniyə nəticə ilə 6-cı yeri tutub və mübarizəni dayandırıb.
10:08. 400 m sərbəst. Təsnifat (Azərbaycan təmsilçisi yoxdur)
17:18. Final. 200 m arxa üstə - Boris Kirillov 2 dəqiqə 4,28 saniyə nəticə ilə 4-cü yeri tutub.
18:01. 100 m batterflyay (Delfin). 1-ci yarımfinalda Dmitri Saley 57,32 saniyə, 2-ci yarımfinalda Yevgeni Lazuka 56,50 saniyə nəticə ilə 4-cü yeri tutub. Hər iki üzgüçü finala yüksəlib.
18:51. 4 ✕ 100m sərbəst estafet. Final. Tərkibi Boris Kirillov, Nikolay Trapov, Dmitri Saley və Dorian Fazekasdan ibarət Azərbaycan komandası 3 dəqiqə 35,38 saniyə nəticə ilə 5-ci yeri tutub.
Qadınlar
800 m sərbəst, 200 m fərdi kompleks, 50 m brass, 100 m arxa üstə, 200 m fərdi kompleks (Azərbaycan təmsilçisi yoxdur)
Su İdman Sarayı
Ağırlıqqaldırma (12:00 - 18:00)
Kişilər
56 kq. Elmar Alıyev: 233 kq (103 kq + 130 kq) - 6-cı yer.
Qadınlar
48 kq. Mərziyyə Məhərrəmova: 151 kq (66 kq + 85 kq) - 6-cı yer
53 kq
Səbinə Əzimova: 176 kq (75 kq + 101 kq) - 3-cü yer
Gülçin Əlizadə: 156 kq (70 kq + 86 kq) - 4-cü yer
Ağır Atletika Arenası
Boks (18:00 – 20:00)
Kişilər: 49 kq, 52 kq, 56 kq, 75kq, 81 kq
52 kq. 1/8 final. Məsud Yusifzadə – Ömər Koç (Türkiyə) - 5:0
75 kq
1/8 final. Kamran Şahsuvarlı – Desmond Amsterdam (Qayana) - 5:0
81 kq. 1/8 final. Rauf Rəhimov – Hafidz Adli Mohd (Malayziya) - 5:0
Bakı Kristal Zalı 2
Həndbol
Yarımfinal
Kişilər
11:15. Səudiyyə Ərəbistanı - İraq - 28:24 (13:12)
15:45. Türkiyə Əlcəzair - 26:22 (14:9)
Qadınlar
09:00. Azərbaycan – Özbəkistan - 42:25 (24:13)
13:30. Türkiyə - Kamerun - 34:16 (16:7)
Sərhədçi İdman Olimpiya Mərkəzi
Tennis (10:00 - 19:00)
Kişilər (Komanda yarışları, seçmə mərhələ)
A qrupu
Türkiyə - Türkmənistan - 3:0
B qrupu
İordaniya - Pakistan - 0:3
Azərbaycan - Qətər - 0:3
Qadınlar
Pakistan - Türkiyə - 0:3
Azərbaycan - Türkmənistan - 1:2
Bakı Tennis Akademiyası
Voleybol
Qrup mərhələsi, II tur
Kişilər
A qrupu
21:30. Azərbaycan - Türkiyə - 3:2 (28:26, 13:25, 25:17, 19:25, 18:16)
Qadınlar
19:00. Azərbaycan – Tacikistan - 3:0 (25:9, 25:7, 25:10)
Bakı Kristal Zalı 1
Su polosu
Kişilər
16:30. Türkiyə - İndoneziya - 21:4 (5:1, 7:2, 5:0, 4:1)
18:00. Azərbaycan - İran - 10:16 (5:4, 1:3, 2:4, 2:5)
Su polosu arenası