"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın daha 4 karateçisi finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, kişilərdən katada Roman Heydərov, kumitedə Ayxan Mamayev (84 kq), qadınlardan isə kumitedə İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) yekun mərhələyə yüksəlib.
84 kq-dan yuxarı çəkidə yer alan Asiman Qurbanlı isə bürünc medal uğrunda döyüşəcək. Yalnız qadınların kata yarışında Neda Rezai ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb.
Kişilər
Kata
1/8 final. Roman Heydərov - Dmitri Stomp (Surinam) - 5:0
1/4 final. Roman Heydərov - Abolfazl Şahverdi (İran) - 3:2
1/2 final. Roman Heydərov - Xalifa Alabaar (BƏƏ) - 5:0
FİNAL. Roman Heydərov - Mehmet Yakan (Türkiyə)
Kumite
84 kq
1/8 final. Ayxan Mamayev - Mahmud Sayan (İordaniya) - 7:1
1/4 final. Ayxan Mamayev - Muad Aşaş (Əlcəzair) - 5:3
1/2 final. Ayxan Mamayev - Abdulaziz Ataboyev (Özbəkistan) - 3:1
FİNAL. Ayxan Mamayev - Alparslan Yamanoğlu (Türkiyə)
+84 kq
1/4 final. Asiman Qurbanlı - Muhammad Ramzan (Pakistan) - 5:1
1/2 final. Asiman Qurbanlı - Sayad Gənczadə (İran) - 4:5
Bürünc medal görüşü. Asiman Qurbanlı - Tareq Hamedi (Səudiyyə Ərəbistanı)
Qadınlar
Kata
1/4 final. Neda Rezei - Selin Li (Malayziya) - 0:5
Kumite
68 kq
1/4 final. İrina Zaretska - Nada Mohamed / Marina Afue Konan (Kot dİvuar) - 4:3
1/2 final. İrina Zaretska - Behnuş Najefiqaqelestani (İran) - 3:0
FİNAL. İrina Zaretska - Eda Eltemur (Türkiyə)
+68 kq
1/4 final. Fəridə Əliyeva - İmene Atif (Əlcəzair) - 1:1
1/2 final. Fəridə Əliyeva - Nargis Nargis (Pakistan) - 1:0
FİNAL. Fəridə Əliyeva - Meltem Hocaoğlu (Türkiyə)
Bakı İdman Zalı
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan karateçiləri 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar.