Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən stolüstü tennisçilərdən 2-si medal qazanıbar.
Sportnet.az-ın məlumatına görə, hər 2 medal qadınların fərdi mübarizəsində əldə olunub.
Bürünc medal qazanan Miao Vanqın ardından Jinq Ninq final görüşünə çıxıb. O, türkiyəli Melek Hu ilə qarşılaşmada bütün hissələrdə uduzub - 11:13, 4:11, 10:12, 4:11. Beləliklə, Ninq gümüş medalçı olub.
Qeyd edək ki, Azərbaycan stolüstü tennisçiləri mayın 20-dən komanda yarışlarında mübarizəyə başlayacaqlar.
---------------------------
Azərbaycan stolüstü tennis yığması "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb.
Sportnet.az-ın məlumatına görə, qadınların fərdi mübarizəsində Miao Vanq bürünc medala sahib olub.
O, 3-cü yer uğrunda görüşdə iranlı Neda Şahsavarini yenib - 4:1 (13:11, 11:3, 8:11, 11:7, 19:17).
Qeyd edək ki, saat 17:00-da Azərbaycanın daha bir qadın stolüstü tennisçisi Jinq Ninq final görüşünə çıxacaq. O, türkiyəli Melek Hu ilə qarşılaşacaq.
----------------------
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın stolüstü tennisçilər yarımfinal görüşlərinə çıxıblar.
Sportnet.az-ın məlumatına görə, Jinq Ninq iranlı Neda Şahsavari ilə üz-üzə gəlib. 22 dəqiqəlik qarşılaşmanın sonunda Ninq 4:1 hesabı ilə qalib gələrək, finala yüksəlib. O, 5 geymlik mübarizənin yalnız 3-cüsündə uduzub - 11:5, 12:10, 9:11, 11:4, 11:3.
Azərbaycan təmsilçisinin finaldakı rəqibi türkiyəli Melek Hu olacaq. Hu yarımfinalda Azərbaycanın daha bir stolüstü tennisçisi Miao Vanqı yenib - 4:1 (11:1, 11:7, 9:11, 11:6, 14:12).
Bu gün saat 16:00-da Vanq Şahsavari ilə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcək. Saat 17:00-da isə Ninq Hu ilə finalda qarşılaşacaq.
Qeyd edək ki, bu, Azərbaycanın nüfuzlu yarışlarda ilk böyük nailiyyətidir.