VI İslam Həmrəyliyi Oyunları ilə əlaqədar gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində səfərdə olub.
Nazirliyin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Qayıbov atletlər kəndinə baş çəkib, Oyunlarda iştirak edən Azərbaycan idmançıları ilə görüşüb, onların yaşayış, məşq və qidalanma şəraiti ilə maraqlanıb, komandamızın hazırlıq prosesi barədə bilgi alıb.
Nazir idmançılara yarışlarda uğurlar arzulayaraq, yaradılan şəraitin daha da yaxşılaşdırılması ilə bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verib.

















































































