
Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, milli finalda Mali seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının 21:6 hesablı qələbəsi ilə bitib.
---------------------------
Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma yarımfinalda Özbəkistan seçməsi ilə qarşılaşıb. Görüşə sürətli başlayan Azərbaycan basketbolçuları yekunda 16 - 6 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, milli komanda finalda Mali yığması ilə üz-üzə gələcək. Oyun bu gün Bakı vaxtı ilə saat 21.10-da başlayacaq.