Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində bayraq ötürülməsi olmayacaq.
Sportnet.az-ın Təşkilat Komitəsindən əldə etdiyi məlumata görə, buna səbəb Kamerunun növbəti yarışa ev sahibliyi etməyə razılıq verməməsidir.
Bu üzdən bayraq İslam Həmrəyliyi İdman Federasiyasına (ISSF) təqdim ediləcək.
Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.