
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gəlib.
Qarşılaşma Həsrətin məğlubiyyəti ilə başa çatıb.
Rəqib sonuncu xal prinsipinə (3:3) əsasən mərhələ adlayıb
Cəfərov sabah bürünc medal uğrunda görüşdə iştirak edəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
-------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovr Fansanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində moldovalı Valentin Petiçlə üz-üzə gəlib.
Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.