
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən idman gimnastı Oleq Stepko gümüş medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 21 yaşlı idmançı 6 hərəkətin cəmində 89,065 xal toplayıb.
Ukrayna gimnastı Oleq Vernyayev 90.332 xalla qızıl, Rusiya təmsilçisi Nikita İqnatyev isə 87.365 xalla bürünc medala sahib olub. Mükafatçılara medalları Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim edib.
Qeyd edək ki, daha öncə Oleq Stepko Petro Paxnyuk və Eldar Səfərovla birgə komanda növündə bürünc medala sahib olub.