"Bakılı" klubunun prezidenti Misir Əbilovun rəhbərliyi altında oynamış futbolçu Ermənistanın "Qandzasar" komandasına baş məşqçi təyin edilib. Sportnet.az-ın UEFA-nın saytına istinadən məlumatına görə, ukraynalı nütəxəssis Sergey Puçkov Qafan təmsilmçisinin "sükanı arxası"na keçib.
Aprelin sonunda Sevad Arzumanyanı istefaya göndərən "Qandzasar" Puçkovu ölkə Kubokunun finalı öncəsi baş məşqçi postuna baxışa dəvət edib. Lakin ukraynalı "Pünik"lə oyunda komandasına qələbə qazandıra bilməyib. Yalnız indi futbolçu kimi "Dnepr"lə SSRİ çempionu adını qazanmış mütəxəssislə rəsmi müqavilə imzalanıb.
Puçkov Azərbaycanda çıxış etdiyi vaxt komanda "Araz" adı altında çıxış edib. Misir Əbilovun praktikadan keçirdiyi "baxışa məşqçi dəvəti" eksperimentini, bu dəfə onun keçmiş oyunçusu yaşayıb. Əbilov 2009-cu ildə vakant qalmış baş məşqçi postuna baxışa gürcüstanlı Vasili Çeaşvilini çağırıb.
Qeyd edək ki, bu ilin may ayının 14-də AFFA-nın İntizam Komitəsinin qərarı ilə Əbilovun sahibi olduğu "Bakılı" klubu Azərbaycan çempionatının 1-ci divizionundan kənarlaşdırılıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |