"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi "Valletta" klubu Maltanın ən titullu klubudur. Sportnet.az-ın məlumatına görə, 71 yaşlı klub indiyədək 22 dəfə ölkə çempionu, 12 dəfə kubok və 10 dəfə Superkubokun sahibidir.
"Ağ zanbaq" ləqəbli komanda ev oyunlarını 18 min tamaşaçı tutumuna malik Ta Qali stadionunda keçirir. Komandanın baş məşqçisi 40 yaşlı Cilbert Aqiusdur. Sabiq yarımmüdafiəçi 1993 - 2009-cu illərdə Malta yığmasında çıxış edib və 120 oyuna 8 qol vurub.
Qeyd edək ki, Azərbaycan klubları heç vaxt "Valletta" ilə üz-üzə gəlməyiblər. Amma Ta Qali stadionunda ötən mövsüm "Xəzər Lənkəran" Malta "Slima Uonderers"i ilə Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gəlib. Həmin oyun heç-heçə ilə nəticələnib - 1:1.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |