1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakı "İnter"indən Mustafa bəyanatı
Bakının "İnter" klubu Albaniya "Laçi"sinin futbolçusu Argend Mustafanın Azərbaycana gəlişi üçün viza verilməməsi ilə əlaqədar bəyanat yayıb. Sportnet.az-ın məlumatına görə, "bankirlər" kosovolu oyunçunun ölkəmizə buraxılmamasına dair xəbərləri təkzib edib.
Klub bəyan edib ki, Azərbaycan Respublikasının Kosovonu müstəqil dövlət kimi tanımadığından, Mustafaya viza verilməsinin qeyri-mümkünlüyü barədə "Laçi" rəhbərliyinə rəsmi məlumat göndərilib: "Bəzi saytlarda qeyd edildiyi kimi, "Laçi" klubunun rəhbərliyi Argend Mustafanın Azərbaycana buraxılmayacağı xəbərini İstanbul hava limanında almayıb. AFFA da kosovolu futbolçu ilə bağlı UEFA-nı məlumatlandırıb. Klubumuz qonaq komandanın Azərbaycana gəlməsi üçün zəruri olan bütün tələbləri yerinə yetirib".
Qeyd edək ki, "İnter" və "Laçi" arasındakı Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü sabah saat 21:00-da başlanacaq. Oyun "İnter Arena"da keçiriləcək.