"Neftçi" İSM-in prezidenti Sadıq Sadıqovun Sportnet.az-a müsahibəsi
- "Neftçi"nin "Mladost" ilə oyunlarını izlədiniz?
- Oyunları izlədim. Bu gün hamımız bilirik ki, "Neftçi"də cavanlaşma siyasəti gedir. Oyunda uğursuzluq da oldu, top çərçivəyə dəydi. bəxt gətirmədi. Yoxsa keçiləsi komanda idi. İdmandır bu. Görək gələcək necə olacaq.
- Oyunu izləməyə rəhbrəlikdən gedən olmamışdı.
- Niyə getmədiyini Çingiz müəllimdən soruşun...(gülür)...
- Ciddi transferlərə ehtiyyac varmı?
- Əgər onlar cavanlaşma siyasətini seçiblərsə, "Neftçi"də cavanlarla oynamağı bacaran Kaue, Ramos kimi legionerlər var. Düzdür, yeni transferlər ilk oyunda kömək edə bilmədilər. Ancaq ikinci oyunda Kaue əlindən gələni etdi, oyunu da yaxşı alındı. Gənc futbolçulara gəlincə, elə futbolçular varki keçən il "Neftçi"nin əsas heyətində oynayırdılar. Samir Məsimov Araz Abdullayevi əsas heyətdən çıxarmışdı, Ruslan Qurbanov legioner həyatı yaşadı, gəldikdən sonra hiss olunur ki, inkişaf var. Cavid İmamverdiyev Türkiyədə idi, onun gücündən istifadə etmək olar.
- Samir Əliyev üçün çətindir?
- Həyatda asan nə varki?! Samir ilk öncə uşaqlara özünü tanıtdırmalıdır. Mən inanıram ki, Samirdə o perspektiv var. Qurban Qurbanov necə yetişdi?! Bu gün Samir öz üzərində çalışmalıdır, mütailə etməlidir, futbolçularla görüşməlidir. Özünü qayğıkeş məşqçi kimi göstərməlidir. Özünü göstərmək yox, elə olmalıdır ki, hər bir futbolçu da meydanda ürəyini qoysun.
- Avrokuboklarda hansı komandamızdan uğur gözləyirsiniz?
- "Qarabağ" bəllidir. Bu gün "Qarabağ" Azərbaycanda yekdir. Bu danılmazdır. "Qəbələ"dən uğur gözləyirəm. Bir neçə oncə "Şüvəlan Park"da "Qəbələ"nin üzvlərini görmüşdüm, dedim bu il növbə sizindir. Doğrudan da "Qəbələ"nin böyük heyəti var, futbolçulara da diqqət, qayğı çox gözəldir. Kollektiv tam formalaşıb, bir-birilərinə hörmət bəsləyirlər, ab-hava çox gözəldir. "Qəbələ" "pley-off"a çıxa bilər, hətta keçə bilər. Çox gözəl məşqçiləri var. Bir balaca da öz üzərlərində işləsələr əla olar. Keçən il gördünuz ard-arda neçə qələbələr qazandılar, "Neftçi" də keçib 3-cü oldular. "İnter"ə gəlincə, məlum olduğu kimi vəziyyəti yaxşı deyil. İnanıram ki, onlar da "pley-off"a qədər irəlləyərlər. Ondan sonra biraz çətin olacaq.