
Bu gün futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə 6 qarşılaşma baş tutub.
Onlardan 2-si Avstriya klublarının iştirakı ilə olub. "Zalsburq" İsveç "Malmö"sünü 2:0 hesabı ilə yenib, "Rapid" isə Hollandiya "Ayaks"ına eyni hesablı məğlubiyyətdən qurtulmağı bacarıb. İsveçrə "Bazel"i Polşada "Lex"ə 3:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə vəsiqəni böyük ölçüdə həll edib.
29 iyul
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunları
21:00. HİK (Finlandiya) - "Astana" (Qazaxıstan) - 0:0
22:00. "Zalsburq" (Avstriya) - "Malmö" (İsveç) - 2:0
Qol: Andreas Ulmer, 51. Martin Hinteregger, 89 - penalti ilə
23:30. "Styaua" (Rumıniya) - "Partizan" (Serbiya) - 1:1
Qollar: Fernando Varela, 81 - Miroslav Vuliçeviç, 62
23:45. "Seltik" (Şotlandiya) - "Qarabağ" (AZƏRBAYCAN) - 1:0
Qol: Dedrik Boyata, 82
23:45. "Lex" (Polşa) - "Bazel" (İsveçrə) - 1:3
Qollar: Denis Tomalla, 36 - Mixael Lanq, 34. Mark Yanko, 77. David Kalla, 90+2
00:05. "Rapid" (Vyana, Avstriya) - "Ayaks" (Hollandiya) - 2:2
Qollar: Florian Kaynts, 48. Robert Beriç, 76 - Devi Klaassen, 25; 43
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.