1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elhad Nəziri: "Tiraspol" 90 dəqiqə mübarizə aparan komandadır"
"Moldova çempionatında "Milsami"nin heyətində "Tiraspol"a qarşı oynamışam. Bu komandanın imkanlarına az-çox bələdəm". Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Elhad Nəziri deyib.
Gənc müdafiəçi keçmiş klubu "İnter"in Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Moldova "Tiraspol"unu 90 dəqiqə mübarizə aparan komanda kimi dəyərləndirib: "Bu rəqiblə matçda 2:0 hesabı ilə öndə olduğumuz halda, bərabərlik qolunu vurublar və yalnız son anda çətinliklə qələbə topuna imza atmışıq. "Tiraspol"la xüsusən ilk matçda diqqətli oyun sərgiləməklə lazımi nəticəni əldə edərək, cavab görüşü üçün böyük üstünlük qazanmaq olar".
Nəziri qısa müddət ərzində formasını geyindiyi "İnter"ə uğurlar arzulayıb: "Mən bu komandanın çörəyini yemişəm, istərdim ki, keçmiş komandam qalib gəlsin. İnşallah, bu vəzifənin öhdəsindən layiqincə gələrlər".
Qeyd edək ki, "İnter"lə "Tiraspol" arasındakı ilk görüş iyulun 3-də səfərdə, cavab qarşılaşması isə bundan bir həftə sonra Bakıda olacaq.