1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakıda xorvatiyalı fanatlara hərbçi xəbərdarlığı
Xorvatiya Futbol İttifaqı (HNS) bir daha ölkə yığmasının azarkeşlərinə xəbərdarlıq edib. Sportnet.az-ın məlumatına görə, müraciət Xorvatiya millisinin Azərbaycan və Norveç yığmaları ilə keçirəcəyi AVRO-2016-nın qarşıdakı 2 səfər matçı ilə əlaqədar ünvanlanıb.
HNS fanatlardan tribunalarda hər hansı yolverilməz hərəkət etməmələrini istəyib: "Bakıdakı görüşdə təhlükəsizliyi polislər yox, hərbçilər qoruyacaqlar. Onlar isə tribunadakı qığılcıma belə dözümsüzdürlər. Norveçdə isə çaxnaşmaların qarşısını almaq üçün xüsusi avadanlıqlar var. Biz hər bir fanatımıza ölkəmizi ən layiqli səviyyədə təmsil etməli olduqlarını xatırlatmaqda borc bilirik".
Qeyd edək ki, Xorvatiya millisinin iyunun 12-də İtaliya ilə seçmə oyunu zamanı meydançada faşizmin simvolu olan svastika işarəsi çəkilib. Bu səbəbdən, UEFA HNS-i 100 min avro cərimələyib, yığmanın qarşıdakı 2 ev oyununu azarkeşsiz keçirməsinə və 1 xalının silinməsinə qərar verib.