1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA prezidenti yeni vəzifədə
AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasına (ACF) da rəhbərlik edəcək. Sportnet.az-ın məlumatına görə, seçki bu gün Milli Olimpiya Komitəsində (MOK) ACF-nin toplantısı çərçivəsində keçirilib.
Toplantıya gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, tanınmış cüdoçular da qatılıb. Hüseynzadə çıxışında bildirib ki, bu yaxınlarda bir qrup cüdoçu Prezident İlham Əliyevə müraciət edib. Prezident isə cüdodakı vəziyyətlə tanış olmaqla barədə tapşırıq verib. MOK rəsmisi ACF-nin əvvəlki prezidenti Füzuli Ələkbərovun öz ərizəsi ilə istefa verdiyini bildirib.
ACF vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli hazırkı vəziyyət barədə danışıb. O, indiyədək əldə edilmiş uğurlardan bəhs edərək, bundan sonra da daha böyük uğurların əldə olunacağına inam ifadə edib.
Gənclər və idman naziri Azad Rəhimov son zamanlar federasiyadakı proseslərin Milli Olimpiya Komitəsi ilə Gənclər və İdman Nazirliyini qane etmədiyini bildirib. O deyib ki, ACF-yə yeni nəfəs gəlməlidir. Bu səbəbdən məsələ ölkə Prezidenti İlham Əliyevə məruzə olunub: "Biz inanırıq ki, yeni rəhbərliyin gəlişi ilə dönüş baş verəcək. Əvvəlki federasiya prezidenti Füzuli Ələkbərova da gördüyü işlərdən dolayı minnətdaram. İnanıram ki, işlər daha da yüksək səviyyəyə qaldırılacaq”.
Daha sonra Ələkbərovun istefası qəbul edilib və ACF prezidentliyinə yeni seçki keçirilib. Bu vəzifəyə yeganə namizəd olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev yekdilliklə seçilib.
Hüseynzadə bildirib ki, yaxın günlərdə ACF-nin vitse-prezidenti və İcraiyyə Komitəsi üzvlərinin seçilməsi üçün toplantı keçiriləcək.