Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsi start götürüb. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 oyun baş tutub.
Onların arasında Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray"ın İspaniya "Atletiko"su ilə görüşü daha çox diqqət mərkəzində olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Eyni hesabla debütant Qazaxıstan "Astana"sı Portuqaliyada "Benfika"ya uduzub. İspaniya "Real Madrid"i Ukrayna "Şaxtyor"unu darmadağın edib - 4:0. "Sevilya" isə Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandasına böyük hesabla qalib gəlib - 3:0. Gecənin sensasiyası isə İngiltərə "Mançester Yunayted"inin Hollandiyada PSV-yə 1:2 hesabı ilə uduzması olub. Eyni hesabla "Mançester Siti" evdə İtaliya "Yuventus"una uduzub.
A qrupu
PSJ (Fransa) - "Malmö" (İsveç) - 2:0
Qollar: Anxel Di Mariya, 4. Edinson Kavani, 61
Baş hakim: Sergey Karasyov (Rusiya)
"Real Madrid" (İspaniya) - "Şaxtyor" (Ukrayna) - 4:0
Qollar: Kərim Benzema, 30. Kriştianu Ronaldu, 55; 63 - hər ikisi penalti ilə; 81
Baş hakim: İvan Bebek (Xorvatiya)
B qrupu
PSV (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə) - 2:1
Qollar: Hektor Moreno, 45+2. Lusiano Narsinq, 57 - Memfis Depay, 41
Baş hakim: Nikola Ritsoli (İtaliya)
"Volfsburq" (Almaniya) - MOİK (Moskva, Rusiya) - 1:0
Qol: Yulian Draksler, 40
Baş hakim: Sveyn Oddvar Moen (Norveç)
c qrupu
"Benfika" (Portuqaliya) - "Astana" (Qazaxıstan) - 2:0
Qollar: Nikola Qaytan, 51. Kostas Mitroqlu, 62
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)
"Qalatasaray" (Türkiyə) - "Atletiko" (Madrid, İspaniya) - 0:2
Qollar: Antuan Qrizmann, 18; 25
Baş hakim: Şimon Martsinyak (Polşa)
D qrupu
"Mançester Siti" (İngiltərə) - "Yuventus" (İtaliya) - 1:2
Qollar: Corco Kyellini, 57-öz qapısına - Mario Mancukiç, 70. Alvaro Morata, 81
Baş hakim: Damir Skomina (Sloveniya)
"Sevilya" (İspaniya) - "Borussiya" (Mönhenqladbax, Almaniya) - 3:0
Qollar: Kevin Qameyro, 47-penalti ilə. Ever Baneqa, 66-penalti ilə. Yevgeni Konoplyanka, 84
Baş hakim: Pavel Kralovets (Çexiya).