Bu gün Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ" və "Neftçi" komandaları üz-zə gəlib. Sportnet.az-ın məlumatına görə, 1:1 hesabı ilə başa çatan matçdan sonra "ağ-qaralar"ın futbolçusu Anyete oyun haqda fikirlərini bildirib.
Təcrübəli futbolçu bunları deyib: "Rəqib güclü komanda idi. Meydanda nələrin baş verdiyini hər kəs gördü. Nəticə bizim üçün ədalətsiz oldu. Fikrimcə "Qarabağ"ın vurduğu qolda penalti epizodu yox idi. Azərbaycanda futbolu inkişaf etdirmək istəyirlərsə, belə hakimlərə yer olmamalıdır. "Qarabağ" bir neçə gündən sonra Avropa Liqasında oyun keçirəcək. Ancaq düşünmürəm ki, onlar güclərinin yarısını xərclədilər. Çünki "Neftçi" zəif komanda deyil. Ruslan Qurbanov və Araz Abdullayev bizim üçün vacib oyumçulardır. Ancaq bizim əvəzetmədə də yaxşı yoldaşlarımız var".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |