
Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin II turunun son 8 oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" Qazaxıstanda debütant "Astana"nın qonağı olub.
Görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib. Qollardan 2-də avtoqol qeydə alınıb. "Qalatasaray" ilk xalını qazansa da, çətin ki, bu, qaneedici nəticə sayılsın. C qrupunun digər matçında isə "Atletiko" İspaniyada Portuqaliya "Benfika"sına uduzub. Bununla da Lissabon komandası 2 oyundan maksimum xalla vahid liderə çevrilib.
İspaniyanın digər təmsilçisi "Real Madrid" isə İsveçdə "Malmö"nün qapısından 2 cavabsız top keçirib. Hər iki qolu Kriştianu Ronaldu vurub. A qrupunda "kral klubu"nun ilk turda darmadağın etdiyi "Şaxtyor" isə Ukraynada da böyük hesabla uduzub. Bu dəfə Fransa PSJ-si donetsklilərin qapısından 3 top keçirib.
B qrupunda ilk turu məğlubiyyətlə başa vurmuş Rusiya MOİK-i ilə İngiltərə "Mançester Yunayted"i indi evdə oynayıb. MOİK Hollandiya PSV-sini, "qırmızı şeytanlar" isə Almaniya "Volfsburq"unu minimal fərqlə üstələyib.
D qrupunda ilk turdan üzüağ çıxmış İtaliya "Yuventus"u ilə Avropa Liqasının qalibi İspaniya "Sevilya"sı üz-üzə gəlib. Turinlilər inamlı qələbə ilə vahid liderə çevriliblər. Digər qarşılaşmada isə Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandası önə çıxdığı görüşdə İngiltərənin "Mançester Siti" klubuna yenilib.
Çempionlar Liqası, II tur
A qrupu
"Malmö" (İsveç) - "Real Madrid" (İspaniya) - 0:2
Qol: Kriştianu Ronaldu, 29; 90
Baş hakim: Cüneyt Çakır
"Şaxtyor" (Ukrayna) - PSJ (Fransa) - 0:3
Qollar: Serj Orye, 7. David Luis, 23. Zlatan İbrahimoviç, 90
Baş hakim: Deniz Aytekin (Almaniya)
Xal durumu: "Real Madrid" - 6, PSJ - 6, "Malmö" - 0, "Şaxtyor" - 0.
B qrupu
MOİK (Moskva, Rusiya) - PSV (Hollandiya) - 3:2
Qollar: Əhməd Musa, 7. Seydu Dumbia, 21; 36-penalti ilə - Maksim Lestyenn, 60; 68
Vurulmayan penalti: Seydu Dumbia, 44 (MOİK)
Baş hakim: Ruddi Buke (Fransa)
"Mançester Yunayted" (İngiltərə) - "Volfsburq" (Almaniya) - 2:1
Qollar: Xuan Mata, 34-penalti ilə. Kris Smollinq, 53 - Daniel Kaliqiuri, 4
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
Xal durumu: PSV - 3, "Mançester Yunayted" - 3, MOİK - 3, "Volfsburq" - 3.
C qrupu
"Astana" (Qazaxıstan) - "Qalatasaray" (Türkiyə) - 2:2
Qollar: Hakan Balta, 78-öz qapısına. Roxer Kanyas, 89 - Bilal Kısa, 31. Nenad Eriç, 86-öz qapısına
Baş hakim: Martin Strömberqsson (İsveç)
"Atletiko" (İspaniya) - "Benfika" (Portuqaliya) - 1:2
Qollar: Anxel Korrea, 23 - Nikolas Qaytan, 36. Qonsalo Quedeş, 51
Baş hakim: Canluka Rokki (İtaliya)
Xal durumu: "Benfika" - 6, "Atletiko" - 3, "Qalatasaray" - 1, "Astana" - 1.
D qrupu
"Yuventus" (İtaliya) - "Sevilya" (İspaniya) - 2:0
Qol: Alvaro Morata, 41. Simone Zaza, 87
Baş hakim: Yonas Eriksson (İsveç)
"Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar: Lars Stindl, 54 - Andreas Kristensen, 65-öz qapısına. Serxio Aqüero, 90-penalti ilə
Baş hakim: Kleman Turpen (Fransa)
Xal durumu: "Yuventus" - 6, "Sevilya" - 3, "Mançester Siti" - 3, "Borussiya" M - 0
İlk oyun gününün nəticələri:
29 sentyabr
E qrupu
BATE (Belarus) - "Roma" (İtaliya) - 3:2
Qollar: İqor Staseviç, 8. Filip Mladenoviç, 12; 30 - Jervinyo, 68. Vasilis Torosidis, 82
"Barselona" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) - 2:1
Qollar: Serxi Roberto, 80. Luis Suares, 82 - Kiriakos Papadopulos, 22
Xal durumu: "Barselona" - 4, "Bayer" - 3, BATE - 3, "Roma" - 1.
F qrupu
"Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 2:3
Qollar: Teo Uolkott, 35. Aleksis Sançes, 65 - Felipe Pardo, 33. David Ospina, 40-öz qapısına. Alfred Finnboqason, 66
"Bavariya" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 5:0
Qollar: Duqlas Kosta, 13. Robert Levandovski, 21; 28; 55. Mario Götze, 25
Xal durumu: "Bavariya" - 6, "Olimpiakos" - 3, "Dinamo" Z - 3, "Arsenal" - 0.
G qrupu
"Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə) - 2:1
Qollar: Andre Andre, 39. Maykon, 52 - Villian, 45+2
"Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:2
Qol: Andrey Yarmolenko, 4. Junior Moraeş, 50
Xal durumu: "Portu" - 4, "Dinamo" K - 4, "Çelsi" - 3, "Makkabi" - 0.
H qrupu
"Zenit" (Rusiya) - "Gent" (Belçika) - 2:1
Qollar: Artyom Dzyuba, 35. Oleq Şatov, 67 - Tomas Matton, 56
"Lion" (Fransa) - "Valensiya" (İspaniya) - 0:1
Qol: Sofian Fequli, 42
Xal durumu: "Zenit" - 6, "Valensiya" - 3, "Lion" - 1, "Gent" - 1.
Qeyd edək ki, "Astana" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 23:45-də, qalanları saat 21:00-da başlanacaq.