
"Rəvan"ın baş məşqçisi Emin Quliyevin səhhətində problem yaranıb. Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın məşqçisi RövşənBabayev AZAL 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VII tur matçından sonra deyib.
O bildirib ki, Quliyev özünü yaxşı hiss etmir. Bu səbəbdən, gənc mütəxəssis mətbuat konfransına qatılmayıb.
Qeyd edək ki, mətbuat konfransına qatılmayan baş məşqçilər 1000 manat cərimələnir.