Bir müddət öncə "Qarabağ”, indi də AFFA azarkeşlərə çağırış ünvanlayıb. Oyuna gedib baxmayanları da dolayısı yolla "vətənpərvər" hesab etmirlər.
Başlayaq "Qarabağ”dan...
Məni yaxından və uzaqdan tanıyanlar bilir ki, bu komandaya necə aşiqəm. Hələ dünyanın düz vaxtında, yəni 1 manata olduğu vaxt hər beynəlxalq oyunda öz hesabıma 10 - 20 bilet alır və dostlarımı da oyuna aparırdım. Ki, stadionda tamaşaçı sayı daha çox olsun. Amma "Anderlext”lə matça getmədim və ətrafımdakılar da həmçinin. Sual verilsə ki, niyə?
Bu da mənim cavablarım:
Birincisi, bilirəm klub qazanmaq istəyir, daha böyük hədəflərə doğru irəlləyirlər. Biz də azarkeş olaraq buna dəstək olmaq istəyirik. Amma "Anderlext”lə oyunda niyə qiymətlər qalxdı, anlamadım. "Avropanın hər yerində belədir, hələ bizdə ucuzdur" desələr, onlara cavabım və bir sualım olacaq: "Avropada yaşayanlarla bizlər arasında maaş fərqi var, sosial yaşam tərzi fərqi var və s. Mövzunu siyasətləşdirmək istəmirəm, amma siz klubu düşünürsünüzsə, niyə daxili oyunlarda stadiona girişi PULSUZ edirsiniz? Axı Avropda belə şey yoxdur".
İkincisi, ölkəmizdə "Qarabağ”ı çox sevilir və hər kəs bu komanda ətrafında birləşir. Oyuna baxanlar arasında sadə fəhlə babadan tutmuş yüksək çinli məmurlara qədər var. İndi təsəvvür edin: Oyun bitir, hamı tələsir ki, stadionu tez tərk etsin və evinə heç olmasa 2-3 saata çatsın. Amma nə olur?! Elə ilk problem burdan başlayır. Yuksən çinli məmurların təhlükəsizliyi üçün polislər canlı cəpər çəkir, on minlərlə azarkeş bir birinə sıxılaraq gözləyir. "Məmur nə vaxt maşınına minərək, stadionu tərk edəcək ki, bizim də yolumuz açılsın" deyə 10-15 dəq. gözləməli oluruq.
Üçüncüsü, nəqliyyat problemi. Mən yazacağam, siz isə təxmini də olsa, təsəvvür edin. Oyun bitir, hamı stadiondan çıxmağa tələsir. Və hər şey bundan sonra başlayır. Yuxarıda məmur məsələsini qeyd etdim, indi də nəqliyyata keçim. On minlərlə insandan metro keçidinə tərəf qaçan kim, öz avtomobilinə minib ərazini tez tərk etmək istəyən kim, avtobusların bir birinin ardınca düzülüb "Nərimanov, Sabuncu, Azadlıq, Sumqayıt” və s qışqıraraq müştəriləri bir-birinin üstünə mindirən kim... Bir sözlə nə metro açıq, nə hərəkət zolağı açıq, nə də nəqliyyatın hərəkətini nizamlayan DYP əməkdaşlarının gözə dəymir. Aləm dəyir bir birinə.
Bütün bu qüsurların fonunda "Qarabağ" rəhbərliyinin bilet satışında etdiyi yenilik həqiqətən əla idi. Bu, davamlı olsa, hər kəs bileti rahat ala bilər (əgər pulu olarsa).
İndi isə AFFA-dan yazım...
Öncə onu qeyd edim ki, yığma səviyyəsində oyunlara onlayn bilet satışını ilk dəfədir görürəm və bu hadisə münasibətilə AFFA-nı təbrik edirəm. Amma çox şeydə olduğu kimi, bunun da "əmma”sı var. Sayta test etmək üçün daxil oldum. Bilet sayını daxil edib hazırlaşırdım ki, sektoru və yerləri seçəm. Bu zaman, türk qardaşlar demiş, "hayal kırıklığına uğradım”. Sistem özü mənə avtomatik yer təyin etdi və 510-cu sektorun lap küncünü göstərdi. Bəyəm 65 minlik stadionda yerlər hamısı satılıb ki, bu hal baş verib?! Bildiyim qədərilə, AFFA kassallarda bilet satışını stadionun sektorlarına görə onlayn satır və monitor arxasında hansı sektorda hansı yerlər qalıbsa, onlayn görmək olur. Kassalarda bu şəraiti yaradılıbsa, niyə sayt üzərindən onlayn satışda bu, mümkün deyil? Yer seçimini demirəm, heç olmasa sektor seçimini alıcının ixtiyarına buraxın.

Ümumi problem: Bundan sonra Sumqayıtdan oyunlara gedən azarkeş sayı həmişə az olacaq. Çünki paytaxtımıza daxil olan "rayon" maşınlarına qadağa var və bu da dolayı yolla oyuna gələnlərin qarşısını alacaq.
Təklif: Heç olmasa beynəlxaq oyunlar zamanı göstəriş verilsin ki, həmin gün bilet göstərən şəxslərin avtomobilləri şəhərə buraxılsın. Yoxsa azarkeş maşını ola-ola niyə yollarda didərgir qalsın ki?!
İsaq MAYILOV
İsaq MAYILOV
P.S. Bu təklifin PFL-ə aidiyyatı yoxdur. Çünki paytaxtdakı Azərbaycan çempionatı qarşılaşmalarında bilet satışı yox dərəcəsindədir.