Tanzaniya yığmasının futbolçusu Cümə Səid 930 dollar cərimə və 2 illik diskvalifikasiyaya məruz qalıb. Bu barədə Tanzaniya Futbol Federasiyası qərar verib.
"Mbeya Siti"də çıxış edən oyunçu "Azama" ilə ölkə çempionatı matçında barmağını rəqibin anusuna soxub. Səid "zərərçəkən"i belə orijinal üsulla dayandırmaqdan çəkinməyib.
Bir müddət öncə Amerika Kubokunda Çili yığmasının yarımmüdafiəçisi Qonsalo Hara Uruqvay millisində çıxış edən Edinson Kavaniyə qarşı analoji hərəkəti üzündən cəmi 1 oyunluq diskvalifikasiyaya məruz qalıb. Ona əvvəlcə 3 matçlıq cəza kəsilsə də, sonradan qısalırılıb.