1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Robert Prosineçki: "Ən pis oyunumuzu keçirdik"
"Azərbaycan millisini çalışdırdığım dövr ərzində ən pis oyunumuzu keçirdik. Rəqib daha istəkli idi. Səhvlərimizin üzərində işləyəcəyik. Futbolda hər cür nəticələr olur. Rəqibi təbrik edirəm”. Sportnet.az-ın "qol.az"a istinadən məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki AVRO-2016-nın seçmə qrup mərhələsində Boqlarıstan millisinə 0:2 hesabı ilə yenildikləri matçdan sonra keçirdiyi mətbuat konfransında deyib.
- Maksim Medvedev əvəzlənəndən sonra birbaşa paltardəyişmə otağına getdi. O, zədələndiyi üçün belə etdi?
- Bəli, təəssüflər olsun ki, zədələndi. Ancaq hələlik zədəsinin nə qədər ciddi olduğunu bilmirik.
- Fasilədən sonra ilk 15 dəqiqədəki oyunu bütün görüş ərizində göstərə bilməməniz üçün nə çatmadı?
- Futbolçularım nəsə etmək istəyirdi. Ancaq matça yaxşı başlamadıq. İtaliya ilə oyundan sonra yorğunluq var idi. Rəqib daha istəkli idi. İkinci hissədə üstünlüyü ələ almaq istədik, ancaq alınmadı. İkinci qolu buraxdıqdan sonra futbolçularım həvəsdən düşdü.