1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fatih Terim: "Dünya çempionatına da getməyək"
"Şükürlər olsun ki, Allah üzümüzü qara çıxarmadı. Övladlarımı təbrik edirəm". Sportnet.az-ın məlumatına görə, bunu AVRO-2016-nın seçmə mərhələsində İslandiyaya qalib gələrək (1:0) Fransada keçiriləcək final mərhələsinə vəsiqə qazanan futbol üzrə Türkiyə millisinin baş məşqçisi Fatih terim deyib.
Oyundan sonra keçirilən mətbuat konfransında ayaq üstə alqışlanan "İmperator" Türkiyə xalqının bu sevincə layiq olduğunu bildirib. F.Terim qazanılan uğur haqda bunları deyib: "Bizim bir xalımız olarkən "biz demədən bitməz" demək çox çətin idi, amma indi bu asandır. Mən və futbolçularım təvazökar olacağıq. Bir neçə saatlıq da olsa, insanların üzünü güldürə bildiksə, bundan daha gözəl nəsə ola bilməz. Heç vaxt əl çəkmədik. Komanda azlıqda qalsa belə mübarizə apardıq. Ümid edirəm ki, Avropa çempionatında çox qalarıq. Bu ölkənin insanlarının Avropanın göbəyi olan Fransada olması çox gözəldir".
Ankarada baş verən terror hadisəsindən də danışan 62 yaşlı mütəxəssis bunları deyib: "Çexiyada dünyanın ən böyük uğurlarından birini qazandıq. Sevinə bilmirsən. Kaş ki, bir tək övladımız ölməyəydi, biz də Avropa çempionatına getməyərdik. Dünya çempionatına da getməyək. Bunlar bir cana dəyər? Bütün qazandığımız qələbələr onların ruhuna həsr olunsun".
Qeyd edək ki, Türkiyə son oyunda İslandiyanı məğlub etməklə seçmə mərhələni yer aldığı A qrupunda 3-cü yerdə başa vurub. Qazaxıstanın da səfərdə Latviyanı məğlub etməsi nəticəsində Fatih Terimin komandası 2016-cı ildə Fransada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazanıb.