1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Levandovski hara, Nazarov hara?
Polşa milli komandasının futbolçusu Robert Levandovski AVRO-2016-nın seçmə qrup mərhələsinin bombardiri olub. Sportnet.az-ın məlumatına görə, 27 yaşlı hücumçu 10 oyuna 13 qol vurub.
Bununla da Levandovski Şimali İrlandiyadan olan Devid Hilinin AVRO-2008-in seçmə tsiklindəki rekordunu təkrarlayıb. 9 qarşılaşmada 9 dəfə fərqlənmiş Almaniya millisinin forvardı Tomas Müller ikinci, 8 matçda 8 top müəllifi olmuş Rusiya yığmasının ön xətt oyunçusu Artyom Dzyuba və İsveç millisindən Zlatan İbrahimoviç qərarlaşıb.
Azərbaycan milli komandasının bombardiri isə Dmitri Nazarov olub. Almaniya "Karlsrue"sində çıxış edən yarımmüdafiəçi 3 qol vurub. Digər orta xətt oyunçusu Rahid Əmirquliyev 2, hazırda həbsdə olan Cavid Hüseynov isə 1 qol vurub. Millinin aktivinə daha bir qolu isə İtaliya millisinin müdafiəçisi Corco Kyellini avtoqolla yazıb.
Azərbaycan yığması da avtoqolsuz ötüşməyib. Kapitan Rəşad Sadıqov Xorvatiyaya 0:6 hesablı məğlubiyyətlə nəticələnən səfər matçında öz qapısına qol vurub.