Azərbaycan Premyer Liqasının XXXI turunun daha bir matçı başa çatıb.
Sportnet.az xəbər verir ki, "Sumqayıt" "Araz-Naxçıvan"ı qonaq edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı ilə qələbəsi başa çatıb.
Xal ehtiyatını 41-ə qaldıran "kimyaçılar" 6-cı pilləyə yüksəlib. 40 xalı ola Naxçıvan təmsilçisi isə 7-ci sıraya düşüb.
--------------------------------------------------------
Azərbaycan Premyer Liqasının XXXI turunun daha bir görüşü oynanılıb.
Sportnet.az xəbər verir ki, "Qəbələ" "Qarabağ"ı qonaq edib.
Ağdam təmsilçisi ilk hissədə Kadi Borqes ilə hesabı açsa da, region klubu ikinci hissədə İsmael Akinade ilə bərabərlik qolunu tapıb. "Köhlən atlar" qarşılaşmanın 79-cu dəqiqəsində penalti qazansa da, Toral Bayramov bunu qola çevirə bilməyib və hesab heç-heçə ilə başa çatıb.
Bu nəticə ilə "Kəpəz"in Premyer Liqada qalması dəqiqləşib.
Xalını 21-ə çatdıran "Qəbələ" 21 xalla turnir cədvəlində 10-cudur. "Qarabağ" isə 63 xalla 2-ci pillədə qalıb.
-----------------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasının XXXI turunun daha 2 matçı oynanılacaq.
Sportnet.az xəbər verir ki, günün ilk matçı Qəbələdə olacaq. Eyniadlı komanda "Qarabağ"ı qonaq edəcək.
Saat 17:00-da başlayacaq görüşü İnqilab Məmmədov idarə edəcək.
30 oyundan sonra 62 xalı olan "köhlən atlar" ikinci sırada qərarlaşıb. 20 xalı olan region klubu isə 11-ci pillədədir.
Tərəflər indiyədək 64 dəfə qarşılaşıb. Bunlardan 38-ində Ağdam təmsilçisi, 16-sında "qırmızı-qaralar", 10-unda isə heç-heçə qeydə alınıb.
“Qəbələ” son 26 oyunda qələbə qazanmayıb. “Qarabağ” son 12 matçda qol vurub.
Günün ikinci qarşılaşması isə Sumqayıtda olacaq. Yerli komanda "Araz-Naxçıvan"ı qonaq edəcək.
Saat 19:30-da başlayacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək.
Tərəflər turnir cədvəlinin 6 və 7-ci sırasında qərarlaşıb. 30 oyuna 40 xal toplayan Naxçıvan təmsilçisi 38 xalı olan "kimyaçılar"ı qabaqlayır.
Tərəflər indiyədək 10 dəfə qarşılaşıb. "Gənclik şəhəri təmsilçisi" qonaqları minimal fərqlə üstələyir. Bu görüşlərdən 4-ündə Abşeron klubu qələbə qazanıbsa, 3-ündə də naxçıvanlılar qalib gəlib, eyni sayda da heç-heçə qeydə alınıb. Son üç qarşılaşmada meydan sahibi olan komanda qalib gəlib. “Araz-Naxçıvan” son üç görüşdə qol vurub.
Azərbaycan Premyer Liqası
XXXI tur
9 may (şənbə)
17:00. “Qəbələ” – “Qarabağ” - 1:1
Qollar: İsmael Akinade, 57 - Kadi Borges, 29;
Qolla nəticələnməyən penalti: Toral Bayramov, 78
Qırmızı vərəqə: Asif Məmmədov, 86 (hakimləri təhqir etdiyi üçün)
Sarı vərəqələr: Eşqin Əhmədov, 78 (qeyri-idman hərəkəti); Nuğay Rəşidov, 82 (qeyri-idman hərəkəti); İsmael Akinade, 86 (hakimin qərarına etiraz) - Kamilo Duran, 50 (qeyri-idman hərəkəti)
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Orxan İbişov
Dördüncü hakim: İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elman Musayev
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.
Qəbələ şəhər stadionu, 2000 tamaşaçı
“Qəbələ”: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov (14. Domi Massumo, 66) 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua (66. Nuğay Rəşidov, 74) 3. Eduardo Kunde (28. Murad Musayev, 66) 6. Xayme Syerra 16. İsaak Amoah 30. Prins Ovusu (22. Fərid İsgəndərov, 89)
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 74. Süleyman Damadayev 12. İbrahim Sanqare 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze
“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 18. Dani Bolt 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
19:30. “Sumqayıt” – “Araz-Naxçıvan” - 2:1
Qollar: Aleksandr Ramalinqom, 45+2; Rahil Məmmədov, 90+3 (öz qapısına) - Ba-Muaka Simakala, 63
Sarı vərəqələr: Nikola Ninkoviç, 54 (qeyri-idman hərəkəti) // Şarl Boli, 54 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Namiq Əliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1100 tamaşaçı
“Sumqayıt”: 22. Xəyal Fərzullayev 3. Höccət Haqverdi (72. Rayan Senhadji, 39) 8. Səbuhi Abdullazadə (k) 21. Nihad Əhmədzadə 64. Kənan Feyziyev 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç (7. Rüstəm Əhmədzadə, 75) 6. Sedrik Badolo (29. Emil Mustafayev, 86) 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez (95. Nsana Simon, 75) 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 20. Ayxan Süleymanlı 24. Sənan Muradlı 75. Nadir Orucov 37. Nihad Orucəli 97. Vüsal Paşayev
Məşqçi: Veliçko Kaplanoviç
“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) (26. Ömər Buludov, 63) 4. Rahil Məmmədov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes (19. Bar Kohen, 63) 7. Hamidu Keyta (70. Şarl Boli, 46) 10. Felipe Santos 11. Ba-Muaka Simakala 77. Bruno Franko (5. Slavik Alxasov, 88)
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 8. Coşqun Diniyev 14. Ülvi İsgəndərov 86. İbrahim Piriyev 33. Elmir Cəfərov 16. Ramon Maçado
Baş məşqçi: Andrey Demçenko











































































