1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
4 klubumuz Avropa kuboklarında mübarizəyə başlayır
Azərbaycanın qadın voleybolçulardan ibarət 4 klubu Avropa kuboklarında mübarizəyə başlayır. Sportnet.az-ın məlumatına görə, "Lokomotiv", "Azərreyl", "Azəryol" və "Telekom" komandaları 28-29 oktyabrda ilk görüşlərini keçirəcəklər.
"Azəryol" klubu CEV kubokunun 1/16 finalında Rumıniyanın Tarqovitse şəhərinin eyniadlı komandası ilə qarşılaşacaq. Oktyabrın 28-də keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu bolqarıstanlı Borislav Yordanov və yunanıstanlı Teodora Kiriopoulou idarə edəcək.
Bu gün həm də "Azərreyl" və "Lokomotiv" klubları Çempionlar Liqasında mübarizəyə qoşulacaq. Bu komandalar eyni qrupa düşüb. A qrupunda gedən mübarizədə "Azərreyl" Almaniyanın "Ştutqart", "Lokomotiv" isə Rusiyanın "Dinamo" (Kazan) klubu ilə qarşılaşacaq. Oyunlar müvafiq olaraq, saat 18:00-da Bakıdakı Voleybol Mərkəzində və Kazandakı "Sankt-Petersburq" arenasında keçiriləcək. Paytaxtdakı görüş polşalı hakim Katarzina Sokolla estoniyalı Toomas Muruloya həvalə olunub. Kazanda isə finlandiyalı Kari Partiainen və kiprli Georgios Papageorgiou ədaləti qoruyacaq.
Çempionlar Liqasının E qrupunda mübarizəyə start verəcək "Telekom" isə ilk görüşünü oktyabrın 29-da Polşanın "İmpel Vrotslav" klubuna qarşı keçirəcək. Bakıdakı "Sərhədçi" İdman Olimpiya Kompleksində keçiriləcək oyun saat 17:00-da start götürəcək. Bu qarşılaşmada Ukraynadan Viktor Kozlovski və İsraildən Roy Qoren hakim qismində meydana çıxacaqlar.
Qeyd edək ki, "Azəryol" və "Lokomotiv" komandaları Çempionlar Liqasının A qrupunda "Dinamo" və "Ştutqart"la birgə yer alıblar. "Telekom"un mübarizə aparacağı E qrupunda isə "Fənərbağça", "İmpel Vrotslav" və "Drezdner" klubları yer alıb.