Moldovanın "Tiraspol” klubunun baş məşqçisi Vlad Qoyan və
komandanın hücumçusu Georgi Boqyu mətbuat konfransı keçiriblər. Sportnet.az-ın klubun rəsmi saytınas istinadən məlumatına görə, onlar Azərbaycanın "İnter" klubu ilə Avropa Liqasının I təsnifat mərhələsinin oyunu barədə danışıblar.
- Vlad Qoyan: "İnter” bacarıqlı futbolçulardan
qurulan yaxşı komandadır. Onlar təşkilatlanmış müdafiə qurmağı bacarırlar. Topu
ələ keçirdikdən sonra sürətli hücumlar və əks-hücumlar qurmaqları da var.
Lazım olanda topa da nəzarət etməyə qadirdirlər. İlk növbədə qapımızın
toxunulmazlığını qorumalıyıq. İmkan daxilində hücumda da şansımızdan
yararlanmalıyıq. Ümid edirəm ki, azarkeşlərimiz oyuna gələcək və son dəqiqəyədək
bizi dəstəkləyəcəklər. Müsbət nəticə əldə etmək üçün bizə köməkləri dəyəcək.
- Georgi Boqyu: Onu deyə bilərəm ki, ilk oyun
çox yaxşı keçəcək. Təşəbbüsə yiyələnməyə çalışacağıq, 1-ci nömrə ilə oynayacağıq. İlk oyunu evdə keçiririk, müsbət nəticə əldə etməliyik.
-Georgi,
Siz Azərbaycan çempionatında oynamısınız. İki ölkə arasında fərq barədə
danışardınız. Ümumiyyətlə, Azərbaycan komandasına qarşı necə oynamaq lazımdır?
-Deməzdim
ki, böyük fərq var. Hər iki çempionatda müxtəlif komandalar var. Elələri var
ki, topla oynamağı daha çox sevir, bəziləri isə oyunu müdafiədən qururlar.
Bildiyimə görə, "İnter” müdafiədən oynamağa üstünlük verir.
-Bunu
nəzərə alsaq, sabah "Tiraspol”un 1-ci nömrə ilə oynaması realdır?
-Vlad
Qoyan: Biz həmişə 1-ci nömrə ilə oynamağa çalışırıq. Aydın məsələdir elə
anlar olacaq ki, öz cərimə meydançamızın yaxınlığında və daxilində, meydanın
bizə aid hissəsində müdafiə olunmalı olacağıq. Deyə bilmərəm, onlar bütün oyunu
müdafiədən quracaqlar, ya yox. Bəli, rəqib müdafiə olunmağı bacarır. Ancaq topa nəzarət etməyi də bacarırlar. Düşünürəm ki, bəzi epizodlarda topu ələ keçirib, sürətli
hücum quracaqlar. Ayndın məsələdir ki, bəzən oyunun tempi düşəcək.
-Ötən
ilin təcrübəsini nəzərə alaraq, cütlüyün taleyini ilk oyunda həll etməyə
çalışacaqsınızmı?
-Vlad
Qoyan: Fiziki cəhətdən 100 faiz hazır deyilik. Psixoloji, taktiki və texniki
baxımdan tam hazırıq. Oyunun əvvəlində irəli atılsaq, hər iki hissəyə gücümüz
çatmaya bilər. Əlbəttə, evdə daha yaxşı oynamalıyıq. Amma əsas məqsəd qol
buraxmamaq, öz şanslarımızdan istifadə etməkdir. Ötən il evdə qol buraxdıq, təkrar
görüşdə bütün qüvvələri səfərbər edərək, hücuma atıldıq. Belədə isə, rəqib əks-hücumda
xeyli qol imkanı əldə edə bilər. Demirəm ki, ehtiyatlı oynayacağıq, ancaq ilk
növbədə müdafiədə diqqətli oynamalıyıq.
-Yeni
transferlər Avropa Liqasına hesablanıb? Komandaya cəlb olunan bütün
futbolçulara ümid edirsiniz?
-Vlad
Qoyan: Bəli, 1 ay vaxtımız var idi. Sıralarımıza qatılan futbolçular komandamızı
gücləndirdi, hesab edirəm ki, ötən mövsümdəkindən daha güclüyük. Heyətimizdə
olan köhnə futbolçuların da səviyyələri artıb.
-"Tiraspol”
"İnter”i keçsə İsveçin "Elfsborq” komandası ilə qarşılaşcaq. Həmin oyun barədə
düşünürsünüz, yoxsa diqqətinizi ancaq Azərbaycan klubuna yönəltmisiniz?
-Vlad
Qoyan: İlk növbədə ancaq sabah baş tutacaq görüş barədə düşünürəm. Daha sonra
Bakıda keçiriləcək oyun haqda fikirləşməyə başlayacağam. "İskra-Stal”ın məşqçisi
olduğum dövrdə qarşlaşdığımız "Elfsborq”la indiki tam fərqli komandalardır.
-Georgi,
Azərbaycanda oynadığız dövrdən bəri "İnter” çoxmu dəyişib?
-Georgi
Boqyu: Deyə bilmərəm, heyətlərini nəzərdən keçirməmişəm. Sadəcə, komandamızla
oyunlarını təhlil etmişik.
-Vlad Qoyan: Bu komandanın 7 və ya 8 oyununa baxmışam. Bundan sonra futbolçularıma onlara qarşı necə oynamağın yolunu göstərmişəm. Bütün hallarda rəqib barədə kifayət qədər məlumat toplaya bilmişik. Yəqin ki, onlar da istədikləri informasiyanı əldə edə biliblər.