İngiltərənin "Mançester Siti" klubunda baş məşqçi postu ilə bağlı maraqlı iddia ortaya atılıb.
Sportnet.az xəbər verir ki, insayder Nikolo Skira italiyalı mütəxəssis Entso Mareskanın “şəhərlilər”lə 2028-ci ilin yayına qədər müqavilə imzalamasına dair prinsipial razılıq əldə etdiyini yazıb.
Sazişdə anlaşmanın daha bir il – 2029-cu ilə qədər uzadılması variantının da yer aldığı bildirilir.
Mənbənin iddiasına əsasən, klub rəhbərliyi "Çelsi"nin sabiq baş məşqçisini Pep Qvardiolanın əsas varisi kimi nəzərdən keçirir. Bu isə ispaniyalı mütəxəssisin mövsümün sonunda komandadan ayrılacağı halda reallaşa bilər.
Hazırda yekun qərarın Qvardiolanın özündən asılı olduğu qeyd edilir. Mareskanın isə vəziyyətin inkişafını gözləməyə hazır olduğu vurğulanır.
Qeyd edək ki, Pep Qvardiolanın “Mançester Siti” ilə müqaviləsinin müddəti gələn mövsümün sonuna qədər qüvvədədir.














































































