Futbol üzrə AVRO-2016-nın "play-off" mərhələsinin ilk oyunlarına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, əvvəlki görüşlərdən fərqli olaraq, son 2 qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Üçüncü oyun gününün ilk qarşılaşmasında Ukrayna millisi Sloveniyanı qəbul edib. İki ölkənin prezidentlərinin də izlədiyi matç Lvov şəhərinin eyniadlı arenasında keçirilib. İsveçli hakim Yonas Erikssonun idarə etdiyi oyun ukraynalıların qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri hər hissədə bir qol vurub.
Son oyunda isə İsveç və Danimarka yığmaları münasibətlərinə aydınlıq gətirib. Solna şəhərində yerləşən "Frends Arena"da keçirilmiş qarşılaşmada da meydan sahibləri 2 qolla önə çıxsalar da, oyunun sonlarında qonaqlar fərqi azaldaraq, cavab görüşü üçün üstünlük qazanıblar.
AVRO-2016, "play-off" mərhələsi
21:00. Ukrayna - Sloveniya - 2:0
Qol: Andrey Yarmolenko, 23. Yevgeni Seleznyov, 54
Baş hakim: Yonas Eriksson
Baş hakimin köməkçiləri: Matias Klasenius, Daniel Vernmark
Dördüncü hakim: Fredrik Nilsson (hamısı İsveç)
23:45. İsveç - Danimarka - 2:1
Qol: Emil Forsberq, 45. Zlatan İbrahimoviç, 50-penalti ilə - Nikolay Yorgensen, 80
Baş hakim: Nikola Ritsoli
Baş hakimin köməkçiləri: Elenito Di Liberator, Mauro Tonolini
Dördüncü hakim: Andrea Padovan (hamısı İtaliya)
Qeyd edək ki, cavab görüşləri noyabrın 17-də olacaq.