Noyabrın 17-də keçiriləcək Azərbaycan - Moldova oyunu bir dəqiqəlik sükutla başlayacaq. Sportnet.az xəbər verir ki, bu barədə yoldaşlıq görüşünün oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev məlumat verib.
O bildirib ki, buna səbəb Fransanın paytaxtı Parisdə törədilən terror aktıdır. Qarşılaşma saat 21:00-da başlayacaq.
Qeyd edək ki, noyabrın 13-də Fransanın paytaxtı Parisdə törədilən terror aktı nəticəsində 120-dən çox insan həlak olub, 130-a yaxın şəxs yaralanıb ("Report").