
"Xəzər Lənkəran"ın hücumçusu Elnur Cəfərov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının düşərgəsində zədələnib. Sportnet.az-ın məlumatına görə, 18 yaşlı forvard Rusiya yığması ilə AVRO-2016-nın seçmə qrup matçının 61-ci dəqiqəsində ayağından zərbə alıb.
Nəticədə o, oyunu davam etdirə bilməyib. Cəfərov komanda yoldaşı Abbas Hüseynovla əvəzlənib.
Qeyd edək ki, Elnur Cəfərov daha öncə 19 yaşadək futbolçulardan ibarət yığmamızın heyətində AVRO-2016-nın seçmə qrup mərhələsində ilk 2 turdan sonra cəzalı duruma düşüb. Bu səbəbdən, baş məşqçi Nazim Süleymanov heyətdən kənarlaşdırıb.