
AFFA-nın prezidenti Rövnəq Abdullayev Qəbələyə yollanıb. Sportnet.az-ın məlumatına görə, Abdullayev Qəbələ şəhər stadionunda eyniadlı komanda ilə Bosniya və Herseqovinanın "Şiroki Briyeq" komandaları arasında keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununu izləyəcək.
Matçda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da iştirakı gözlənilir.
Dövlət rəsmiləri ilə yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də hazırda Qəbələdədir.
Qeyd edək ki, oyun saat 20:00-da başlanacaq.
Rövşən ƏHLİMANOĞLU