Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib. Sportnet.az-ın məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma keçirilib.
Əvvəlcə "Sumqayıt" - "Qəbələ" matçı keçirilib. Meydan sahibləri həm ilk yarıda, həm də fasilədən sonra hesabda önə keçsələr də, qapılarında tezliklə qol görüblər. Beləliklə, "Qəbələ" çempionatda ardıcıl 5-ci matçını xalsız başa vurub.
Ən yaxın izləyicisinin xal itkisindən "Qarabağ" layiqincə yararlanıb. Son turlar inamlı təsir bağışlayan "Kəpəz"lə ev oyununda Ağdam təmsilçisi böyük hesabla qalib gəlib. Baş məşqçi Qurban Qurbanovun komandası ilk dövrədə Gəncədə olduğu kimi, öz meydanında da rəqibini 3 qolla məyus edib. "Kəpəz" isə bu dəfə təsəlli qolunu da vura bilməyib.
Beləliklə, xallarını 32-yə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 9 xal geridə qoyub. 3-cü qolun müəllifi Riçard Almeyda isə aktivindəki topların sayını 7-yə çatdıraraq, bombardirlər siyahısında daha da möhkəmlənib.
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Elman Musayev, Namiq Hüseynov
Qollar: Çumbinyo, 36. Dani Kintana, 84. Riçard Almeyda, 87