
Voleybolçu qadınlardan ibarət "Azəryol" komandasında baş məşqçi dəyişikliyi baş verib. Klubdan Sportnet.az-a verilən məlumata görə, Aleksandr Çervyakov səhhəti ilə əlaqədar baş məşqçi postundan istefa verib.
Çervyakov fəaliyyətini komandada texniki direktor qismində davam etdirəcək. Baş məşqçi postunda isə onu Ziya Rəcəbov əvəzləyib. Rəcəbovun yeni vəzifədə ilk sınağı noyabrın 30-da "Azərreyl"lə matçda olub. Voleybol Mırkəzində keçirilmiş qarşılaşma "Azəryol"un qələbəsi ilə yekunlaşıb - 3:2.
Qeyd edək ki, Ziya Rəcəbov daha öncə "Rabitə"nin məşqçisi kimi klublararası dünya çempionatının qalibi olub. 33 yaşlı mütəxəssis oktyabrın əvvəllərində Aleksandr Çervyakovun köməkçisi təyin olunub.







































































