Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov polşalı Pol Slovinski ilə revanş döyüşünə çıxacaq. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, döyüş Çeçenistanın paytaxtı Qroznıdakı "Kolizey" idman zalında keçiriləcək.
"Mauqli" və "Jalo"nun döyüşü dekabrın 26-da nəzərdə tutulan "Akhmat Fight Show" turniri çərçivəsində baş tutacaq.
Gecədə Səmədovun təmsil olunduğu "Akhmat" klubunun digər üzvlərindən Salamu Abdurəhmanov, Zurab Beterqarayev, Beslan Uşukov və s. döyüşçülər də mübarizə aparacaq. Eyni zamanda ağır çəkidə Roman Krıklya (Ukrayna) - Konstantin Qluxov (Latviya), Maksim Qrişin (Rusiya) - Stjepan Bekavaç (Xorvatiya) döyüşləri də olacaq.
Qeyd edək ki, Zabit Səmədov və Pol Slovenskinin 2007-ci ildə Hollandiyada keçirilmiş ilk döyüşündə azərbaycanlı K-1 ustası məğlub olub.