Azərbaycan milli komandasının və İsveçrə "Volero"sunun voleybolçusu Natalya Məmmədovaya Rusiya "Omiçka"sı tərəfindən əmək haqqı borcu hələ də ödənilməyib. Sportnet.az-ın məlumatına görə, bu barədə 31 yaşlı idmançının özü "R-Sport"a açıqlamasında bildirib.
Məmmədova "Omiçka"dan heç kimin onunla əlaqə saxlamadığını açıqlayıb: "Ümumiyyətlə, bizimlə danışan yoxdur. Omsk klubunda rəhbərlik dəyişib, bütün oyunçular gedib. İndi orada gənclər çıxış edir. Məsələnin nə zaman həllini tapacağını bilmirəm. Bu işlə vəkil məşğuldur".
Qeyd edək ki, "Omiçka"nın Natalya Məmmədovaya 28 min avro borcu var. Məhz bu səbəbdən, Avropa Voleybol Konfederasiyası sentyabrda klubun beynəlxalq transferlərinə müddətsiz qadağa qoyub. Bu məbləğ həm oyunçuya birbaşa borcu, həm də yığılan faizlərini nəzərdə tutur. Məmmədova Sibir komandasında 2 mövsüm çıxış etdikdən sonra 2014-cü ilin yayında İsveçrəyə yollanıb.