
Azərbaycanın "Baku Fires" boks klubu WSB (Ümumdünya Boks Seriyası) Liqasının finalçısı kimi mükafatlandırılıb. Sportnet.az-ın məlumatına görə, tədbir Türkiyənin İstanbul şəhərində baş tutub.
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu 100 min dollar pul mükafatını Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılova təqdim edib.
"Baku Fires"in Bakıda keçirilmiş finalda uduzduğu "Cuba Domadores"ə isə 500 min dollar verilib. AİBA prezidenti final matçının yüksək səviyyədə təşkili üçün ABF-ə minnətdarlığını da ifadə edib.