1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-dan 500 min avro istəyən futbolçunun komandası daha aşağı liqaya endirildi
Azərbaycan milli komandasından imtina edən Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın "Mursiya" klubu III Liqaya endirilib. Sportnet.az-ın məlumatına görə, buna klubun irəli sürdüyü 2014-2015-ci il mövsümünün büdcəsinin Peşəkar Futbol Liqasının (LFP) iqtisadi və maliyyə tələblərinə cavab verməməsi səbəb olub.
Əvəzində ötən mövsüm Segundanı 19-cu pillədə başa vuran və daha aşağı liqaya enməli olan "Mirandes"in elə səviyyəcə ikinci liqada qalacağı gözlənilir. Bununla bağlı rəsmi qərarın avqustun 7-də veriləcəyi gözlənilir.
Qeyd edək ki, "Mursiya"nın futbolçusu Eddi İsrafilovun anası Elnarə İsrafilova azərbaycanlı, atası Dominqo Paskual isə anqolalıdır. İsrafilov Azərbaycan millisinin 2013-cü il mayın 25-dən 30-dək Qətərdə keçirilmiş təlim-məşq toplantısına çağırılsa da, ilkin razığına rəğmən, sonradan dəvəti qəbul etməyib. AFFA rəhbərliyi bunu 22 yaşlı hücumameylli yarımmüdafiəçinin millimizdə oynamaq üçün 500 min avro istəməsi ilə əlaqələndirib.