Çünki Nurullayev ilk görüşündə, Muxtarov isə final qarşılaşmasında erməni rəqibləri üzərində inamlı qələbə qazanıb. Döyüşlərin ardından Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verən pəhləvanlarımız qazanılan bu qələbəni son günlər Dağlıq Qarabağda baş verən hadisələr zamanı şəhid olmuş hərbçilərimizin ruhuna ithaf etdiklərini deyiblər: "Biz bu gün güləşçi kimi xalça üzərində öz sözümüzü dedik. Üzərimizə düşən məsuliyyəti dərk edərək, bütün rəqiblərimizə, xüsusən də ermənilərə heç bir şans vermədən qələbə qazandıq. Biz hamımız Ali Baş Komandan, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin əsgərləriyik. Sabah Ali Baş Komandanın əmri ilə əldə silah səngərdə də düşmənin qarşısına çıxıb, ona qalib gəlməyə hazırıq!"
Qeyd edək ki, dünya çempionatının ilk gününü yunan-Roma güləşçilərimiz 3 qızıl medalla başa vurub. İbrahim Nurullayev və Elman Muxtarovdan başqa Orxan Nuriyev (96 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.