"Bakı" klubunun 2010-2011-ci il mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində üzləşdiyi cəzaya Polşa "Legiya"sı da məruz qala bilər. Sportnet.az-ın məlumatına görə, səbəb bu mövsüm Şotlandiya "Seltik"i ilə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Legiya"nın heyətində cəzalı futbolçunun meydana çıxmasıdır.
Həmin oyunçu Bartoş Bereşinskidir. 22 yaşlı müdafiəçi ötən mövsüm "Legiya"nın Kipr "Apollon"u ilə oynadığı Avropa Liqasının qrup mərhələsindəki son tur matçında qırmızı vərəqə alaraq, 3 oyunluq cəzalanıb. O, cəzanın 3 oyunluq hissəsini İrlandiya "Sent Patriks"i ilə II təsnifat mərhələsinin qarşılaşmalarında və "Seltik"lə III təsnifat mərhələsinin ilk görüşündə çəkib. Şotlandiya klubu ilə cavab görüşünün 86-cı dəqiqəsində isə futbolçu meydana çıxıb. Amma Bereçinskinin adı "Sent Patriks"lə oyunların iştirak ərizəsinə salınmayıb. Bu səbəbdən, qaydalara zidd oyunçu meydana buraxması səbəbindən "Legiya" UEFA-nın sorğu-sualına tutulub. Qərar tezliklə açıqlanacaq.
"Legiya" Çempionlar Liqasından kənarlaşdırılsa, "pley-off" mərhələsinə "Seltik" buraxılacaq. Halbuki bu komandalar arasındakı hər iki görüşdən Polşa təmsilçisi qalib ayrılıb - 4:1, 2:1. Üstəlik, Şotlandiya komandası son 4 ildə ikinci dəfə UEFA-dan vəsiqə hədiyyəsi alacaq. 2011-ci ildə "Seltik" İsveçrə Syon"u ilə Avropa Liqası matçında mübarizəni dayandırsa da, rəqib komandanın qaydalara zidd futbolçu oynatması səbəbindən, qrup mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, "Bakı" 4 il öncə "Buduçnost"la ilk matçda Joel Epalleni cəzalı olduğu halda oynatdığı üçün texniki məğlubiyyətlə üzləşib və hər iki oyunda 2:1 hesablı qələbəsinə rəğmən, mübarizədən kənarlaşdırılıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |