1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" UEFA-dan razılıq istəyir
"Neftçi" Avropa Liqasının "pley-off" mərhələsindəki ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirmək üçün UEFA-nın razılığını almalıdır. Bu barədə Sportnet.az-a Bakı klubunun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
Süleymanov bu məqsədlə qitə futbol qurumuna müraciət edəcəklərini bildirib. O, "Partizan"la avqustun 21-də Belqradda keçirəcəkləri ilk görüşdən sonra UEFA-ya üz tutmaq istədiklərini açıqlayıb. Klub rəsmisi hələlik bu məsələdə qəti qərarın qəbul olunmadığını da əlavə edib.
Qeyd edək ki, "Neftçi" "Partizan"la ev oyununu avqustun 28-də keçirməlidir.