Təcrübəli mütəxəssis bildirib ki, rəqibi cinah oyunçularının fəal çıxışı sayəsində məğlub ediblər: "Cinahlar güclü olanda komandaya oyununu qurmaq daha asan olur. Cinahsız komanda, qanadsız quş kimidir. Bütün azarkeşlərimizi təbrik edirəm, futbolçularıma minnətdaram. İkinci hissədə tapşırıqları tam yerinə yetirdilər. Azarkeş 12-ci oyunçudur. Çatışmazlıqlarımızı hələ var. Komanda əsasən yerli futbolçulardan təşkil olunub. Çalışırıq ki, əlimizdən gələni edək, azarkeşlərimizi sevindirək. Güclülər dəstəsinə rəng qatmaq istəyirik".
Sonda Abdullayev "Araz Naxçıvan"a cəlb etdiyi futbolçulardan ilk ayın maaşını mənimsəməsi barədə xəbərlərə də münasibət bildirib: "KİV-də barəmdə yayılan şayiələr haqqında danışmaq istəmirəm. Adamın Allahı var. Kimisə ləkələmək ayıbdır”.