"Neftçi"nin Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibi Serbiya "Partizan"ında maliyyə böhranı pik həddinə çatıb. Sportnet.az-ın "La Grinta" nəşrinə istinadən məlumatına görə, ötən gün futbolçular məşq vaxtı etiraz aksiyası keçiriblər.
Onların bu addımı azarkeşlərin klub rəhbərliyinə etiraz məktubunun davamı olub. Məktubda klubun son illər oyunçu satışından 10 milyonlarla gəlir əldə etməsinə baxmayaraq, maliyyə böhranı içində çabalamasından və bunun nəticəsi kimi Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstan "Ludoqorets"inə məğlubiyyətindən narazılıq ifadə olunub. Komanda üzvləri də bir neçə aydır əmək haqlarını ala bilmədiklərini bildiriblər. Klubun prezidenti Draqan Curiç isə böhranla bağlı şərhdən imtina edib. Hətta bu günə nəzərdə tutulan mətbuat konfransı ləğv olunub. Hazırda "Partizan"ın kapitanı Saşa İliç "Neftçi" ilə oyuna bir həftə qalmış yaranan situasiyanı yumşaltmaq cəhdi ilə rəhbərliklə vasitəçi rolunda çıxış edir.

Qeyd edək ki, "Partizan"la "Neftçi" arasındakı ilk görüş avqustun 21-də Belqradda, cavab görüşü bundan bir həftə sonra Bakıda olacaq.