Türkiyənin "Qalatasaray" klubu forma sponsorunu Azərbaycanda tapıb. Sportnet.az-ın "Fotospor"a istinadən məlumatına görə, "Amrahbank"la maydan bəri davam edən danışıqlar nəticəsində 80 faiz razılıq əldə olunub.
Mərkəzi ofisi Bəhreyndə yerləşən İİB ilə də əməkdaşlığı olan və 1993-cü ildən fəaliyyət göstərən "Amrahbank"la danışıqların son mərhələdə olduğu bildirilir. Amma anlaşmanın detalları hələ məlum deyil. Tərəflər məbləğdə razılığa gəlsələr də, danışqlar zamanı bəzi problemlər ortaya çıxıb. Digər tərəfdən, "Amrahbank"ın "Qalatasaray"la anlaşmaya əsasən, Azərbaycandakı "sarı-qırmızı" azarkeşlər üçün kredit kartı buraxdığı bildirilir.
Qeyd edək ki, daha öncə "Qalatasaray"ın SOCAR-la forma reklamı müqaviləsi bağladığına dair xəbərlər yayılmışdı. Amma qurumun mətbuat katibi Nizaməddin Quliyev Sportnet.az-a açıqlamasında həmin xəbərləri təkzib etmişdi.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |