
FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının mövqeyində ötən ayla müqayisədə heç bir dəyişiklik baş verməyib.
Hazırda millimiz 413 xalla 73-cü pillədədir. Komandamızla avqustun 20-də Bakıda yoldaşlıq görüşündə üz-üzə gələcək Özbəkistan 1 pillə irəliləyərək, 528 xalla 51-ci pillədə qərarlaşıb. Sentyabrın 3-də daha bir analoji matçda millimizi qəbul edəcək Rusiya isə 899 xalla 23-cü mövqeni qoruyub.
Yığmamızın 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərinə gəldikdə, İtaliya 1069 xalla 14-cü, Norveç 512 xalla 53-cü, Bolqarıstan 429 xalla 72-ci, Malta 143 xalla 150-ci pillədə qalıb, Xorvatiya isə 1 pillə irəliləyərək, 964 xalla 16-cı mövqedə qərarlaşıb. Siyahının ilk 6 pilləsi yenə Almaniya (1736), Argentina (1604), Hollandiya (1507), Kolumbiya (1495), Belçika (1407) və Uruqvayın (1316) nəzarətindədir.
Qeyd edək ki, növbəti reytinq siyahısı sentyabrın 18-də açıqlanacaq. Bu isə Azərbaycan millisinin Bolqarıstanla sentyabrın 9-da Bakıda keçirəcəyi yoldaşlıq görüşünədək qonşu olacağı anlamına gəlir.