Azərbaycan milli komandasının sentyabrın 20-də Özbəkistan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünə yeni futbolçular çağırılacaq. Bu barədə Sportnet.az-a millimizin məşqçisi Mahmud Qurbanov məlumat verib.
Onun sözlərinə görə, dəvətli oyunçuların adları bu gün yığmamızın məşqçilər korpusunun görüşündə açıqlanacaq. Qurbanov yığmamızın heyətini açıqlamaq üçün Topaz Premyer Liqasının II turunu gözləməyin gec olduğunu deyib. Gənc mütəxəssis bildirib ki, ilk turda baş məşqçi Berti Foqts iştirak etməsə də, oyunların disklərini izləyib və köməkçilərindən müəyyən məlumatlar alıb.
Qurbanov "Neftçi" və "Qarabağ"da çıxış edən futbolçulara dəvət göndərilməyəcəyini də əlavə edib: "Bu komandaların avqustun 21-də Avropa Liqasının "pley-off" mərhələsində oyunları var. Ona görə də Özbəkistanla matça digər klublardakı oyunçular və legionerlər çağırılacaqlar. Dəvətlilər arasında yenilər, daha dəqiqi, aşağı yaş qrupları üzrə yığmalarımızın futbolçuları da olacaq. "Neftçi" və "Qarabağ" futbolçularının yoxluğunda, onlar əsas milliyə düşmək üçün yaxşı şans qazana bilərlər".
Yığmamızın məşqçisi, həmçinin bütün heyət üzvlərinin sentyabrın 3-də Rusiya ilə yoldaşlıq görüşü və sentyabrın 9-da Bolqarıstanla 2016-cı il Avropa çempionatının seçmə qrup matçına çağırılacaqlarını vurğulayıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |