
O iddia edir ki, məhz ispaniyalı referi Karlos Velasko Karbalyonun DÇ-2014-ün 1/4 finalının Braziliya - Kolumbiya matçındakı (2:1) yanlış qərarları üzündən xəstəxanaya düşüb: "Həmin oyunda özümü çox piss hiss etdim, ürək ritmim pozuldu, qohumlarım məni təcili yardım şöbəsinə apardılar. Ətrafımı ağlayan nəvələrim bürüdü. Qərara almışam ki, FİFA-nı məhkəməyə verim. Çünki son mundialda xeyli komanda, o cümlədən Kolumbiya hakimlikdən əziyyət çəkib".
Qeyd edək ki, Kolumbiya millisi DÇ-2014-də "Fair Play" ("Ədalətli oyun") mükafatını alıb. Komandanın oyunçusu Xames Rodriges isə 6 qolla mundialın bombardiri olaraq, "Qızıl buts"a sahib olub.