"Neftçi"nin "Partizan"la Belqradda keçirəcəyi Avropa Liqasının ilk "pley-off" matçına türkiyəli Hüseyin Göçekin baş hakim təyin olunması Serbiyada birmənalı qarşılanmayıb. Sportnet.az-ın "sportske.net"ə istinadən məlumatına görə, səbəb heç də Göçekin Azərbaycanla qardaş olan ölkəni təmsil etməsində deyil.
İş ondadır ki, 38 yaşlı referi 2012-ci il oktyabrın 16-da Serbiya və İngiltərənin 21 yaşadək futbolçulardan ibarət yığmaları arasında keçirilmiş Avropa çempionatının qalmaqallı "pley-off" matçının baş hakimi olub. Kruşevats şəhərində baş tutmuş və İngiltərənin 1:0 hesablı qələbə qazandığı həmin oyunda azarkeşlər qonaq komandanın futbolçusu Denni Rouzu irqçi təhqirlərə məruz qoyublar. Nəticədə meydanda toqquşma baş verib. Göçek isə Rouzu və Serbiya yığmasının kapitanı Slobodan Medoyeviçi meydandan qovub.
İndi serbiyalılar Göçekin idarə edəcəyi növbəti qarşılaşmadan sonra yaddaşlarında gözəl anların qalacağına ümid edirlər.
Qeyd edək ki, avqustun 21-də keçiriləcək "Partizan" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 23:15-də başlanacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |